İngiltərə

“Yunayted”in sahibi heyət haqda: Onları biz almamışıq, keçmişin miraslarıdır

Cim Ratkliff  “Mançester Yunayted”in bir neçə oyunçusunu keçmişin mirası kimi təqdim edib.

“Bu yay pul ödəyəcəyimiz oyunçulara baxın, baxmayaraq ki, onları biz almamışıq – Antoni, Kazemiro, Onana , Heylund, Sanço.

Bütün bunlar keçmişin mirasıdır. İstəsək də, istəməsək də, bizə miras qalıb və bununla məşğul olmalıyıq.

Hazırda “Çelsi” də oynayan Sançoya gəlincə, biz onun üçün yayda 17 milyon funt-sterlinq ödəyəcəyik  üstəlik, onun maaşının da yarısını ödəyirik”, – “Mançester Yunayted”in sahibi bildirib.

Aut.az