“Liverpul” mübarizəni dayandırdı: “Qızıl top”un favoriti dəyişdi
Kilian Mbappe 2025-ci ildə “Qızıl top”u qazanmaq üçün əsas favorit oub.
Aut.az xəbər verir ki, “Real”ın forvardı bukmeker kontorlarının reytinqində 3.00 əmsalla birinci yerə yüksəlib. “Liverpul” ÇL-də mübarizəni dayandırdıqdan sonra Məhəmməd Salah (3,75) ikinci yerə düşüb.
“Barsa”nın yarımmüdafiəçisi Rafinya (4.00) ilk 3-lüyü qapayır.
Bukmeker kontorlarına görə 2025-ci ildə “Qızıl top”u qalmağa əsas namizədlər:
- Kilian Mbappe (“Real” Madrid) – 3.00
- Məhəmməd Salah (“Liverpul”) – 3,75
- Rafinya (“Barselona”) – 4.00
- Vinisius Junior (“Real” Madrid) – 10.00
- Usman Dembele (PSJ) – 15.00
- Lamin Yamal (“Barselona”) – 17.00
- Harri Keyn (“Bavariya”) – 19.00
- Cud Bellinqem (“Real” Madrid) – 26.00
- Robert Levandovski (“Barselona”) – 34.00
Aut.az
