Qayıtmayacaq: Karyerasını bitirdiyini bu tarixdə açıqlayacaq
Argentina millisinin sabiq yarımmüdafiəçisi Xavyer Pastore futbolçu karyerasını bitirdiyini rəsmən elan edəcəyi tarixi açıqlayıb.
“Meydana qayıtmağı planlaşdırmıram. Düşünürəm ki, 2025-ci ilin iyununa qədər futboldan ayrıldığımı rəsmən elan edəcəm. Amma mən sevdiyim bu dünyada qalmaq üçün təhsil alıram”, – “Milan News” Pastoredən sitat gətirir.
35 yaşlı Pastore Argentinanın “Talleres” klubunun yetirməsidir. Həmçinin karyerası ərzində Xavyer “Hurakan”, “Palermo”, PSJ, “Roma”, “Elçe” və Qətər klublarında oynayıb.
Yarımmüdafiəçi Argentina millisinin əsas heyətində 29 oyun keçirib və iki qol vurub.
Aut.az
