Dünya futbolu

“Ayaks”da baş məşqçi ayrılığı

“Ayaks”da baş məşqçi Alfred Şrederla yollar ayrılıb.

Aut.az xəbər verir ki, bu barədə klubun icraçı direktoru Edin van der Sar yerli mətbuata açıqlamasında deyib. Niderlandlı mütəxəssislə müqaviləyə xitam verilib.

Şreder ötən ilin yayından “Ayaks”ı çalışdırırdı.

Amsterdam təmsilçisi Niderland çempionatında 18 turdan sonra 34 xalla 5-ci sıradadır.