Amorim artıq onu danışdırmır
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim komandanın hücumçusu Markus Reşfordla əlaqəni kəsib.
Aut.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bütün komanda ilə danışarkən yalnız cinah oyunçusuna müraciət etmir. Bu barədə Britaniyanın nüfuzlu “The Guardian” internet nəşri məlumat yayıb.
Markus sonuncu dəfə dekabrın 12-də “Mançester Yunayted”də meydana çıxıb. İngilis futbolçu o vaxtdan sonra oynamayıb. Daha əvvəl Reşfordun karyerasını “Barselona”da davam etdirə biləcəyi bildirilirdi.
Bu mövsüm Markus bütün yarışlarda 24 matçda iştirak edib və 7 qol vurub, 3 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin iyunun sonuna kimidir.
Aut.az
