“Əl-Nəsr” “Yunayted”in qapısını döydü: Ona görə
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu “Mançester Yunayted”in sağ cinah müdafiəçisi Aaron Van-Bissakanın xidmətində maraqlıdır.
Aut.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində jurnalist Mayk Makqrat məlumat verib.
Mənbənin məlumatına görə, Səudiyyə klubu Emerson Royalın transferi ilə bağlı “Tottenhem”lə anlaşa bilmədikdən sonra diqqətini “qırmızı şeytanlar”ın 26 yaşlı müdafiəçisinə çevirib. “Əl-Nəsr” transferin qış transfer pəncərəsində reallaşmasında maraqlıdır.
Xatırladaq ki, İngiltərəli müdafiəçi bu mövsüm bütün turnirlərdə 17 matçda iştirak edib, 2 məhsuldar ötürmə verib. Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
