Çox ciddidir: Amorim onun zədəsi haqda
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim Lisandro Martinesin Premyer Liqanın 24-cü turunun “Kristal Pelas”la matçda (0:1) aldığı zədəni şərh edib.
Aut.az xəbər verir ki, jurnalist Fabritsio Romano “X” sosial şəbəkəsində Amorimdən sitat gətirib:
“Düşünürəm ki, bu, ciddi bir vəziyyətdir. O, təkcə əla oyunçu deyil, həm də paltardəyişmə otağında güclü xarakterdir. O, bu zədəni hiss etdi. Futbolçu olanda bunun ciddi bir şey olduğunu bilirsən. Biz ona kömək etmək üçün buradayıq”.
Xatırladaq ki, matçın sonlarına yaxın argentinalı futbolçu rəqiblə toqquşamdan sonra dueldən sonra dizində şiddətli ağrı hiss etmişdi. Martines meydançadan xərəklə aparılarkən ağlayıb. Bunun çarpaz bağ zədəsi olma ehtimalı var.
Aut.az
