İddiası artdı: Bu başlanğıcdır
PSJ-nin baş məışqçisi Luis Enrike Çempionlar Liqasının 1/8 mərhələsində “Liverpul” üzərində qazandıqları qələbəni şərh edib.
Aut.az xəbər verir ki, Enrike bu barədə mətbuat konfransında danışıb.
“Bu başlanğıcdır. Bizim mentalitetimiz daha yaxşı olmaqdır. Güclü şəxsiyyətimizi, xarakterimizi göstərdik və hansı meydanda olmağımızdan asılı olmayaraq, öz futbolumuzu oynayacağıq. Mən çox xoşbəxtəm və nə deyəcəyimi bilmirəm. Bu böyük komanda ilə fəxr edirəm”, – Enrike bildirib.
Aut.az
