“Bayer”dən ayrılır: Ya “Real”, ya da “Barsa”
Ceremi Frimponq yayda “Bayer”dən ayrılaraq “Real” və ya “Barsa”ya keçmək istəyir.
Aut.az xəbər verir ki, bu barədə “Sky Sport” məlumat yayıb. 24 yaşlı müdafiəçi qarşıdakı transfer pəncərəsində komanda dəyişməyi planlaşdırır. Onun prioritet variantı “Real” və ya “Barselona”ya keçməkdir.
Daha əvvəl futbolçunun Premyer Liqaya keçə biləcəyi haqda xəbərlər yayılmışdı, lakin özü bu variantı nəzərdən keçirmir. O, İngiltərə liqasının onun üçün çox çətin olacağına inanır.
Bu mövsüm niderlandlı bütün turnirlərdə 38 oyun keçirib, 3 qol vurub və 10 məhsuldar ötürmə edib.
Aut.az
