Daha bir Avropa nəhəngi van Deykə elçi düşdü
“Liverpul”un kapitanı 33 yaşlı Vircil van Deyk yay transfer pəncərəsində İngiltərə klubunu tərk edə bilər.
Aut.az xəbər verir ki, “Todo Fichajes”in iddiasına görə, “Bavariya” “qırmızılar”la müqaviləsi 2025-ci ilin yayında başa çatacaq niderlandlı futbolçu ilə maraqlanır. Münhen klubu yayda onu transfer etmək üçün əlindən gələni edəcək. “Pivəçilər” Vircili transfer etmək üçün əsas favoritdir.
Eyni zamanda onunla “Əl-Hilal”, “Real” və “Yuventus” da maraqlanır.
Qeyd edək ki, bu mövsüm Van Deyk 43 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Aut.az
