“Çelsi”, “Liverpul” və “Bavariya” onu hədəfə aldı
“Çelsi”, “Liverpul” və “Bavariya” mövsümün sonunda “Renn”in mərkəz müdafiəçisi Jeremi Jakeni transfer etmək üçün danışıqlar aparır.
Aut.az xəbər verir ki, bu barədə “talkSPORT” məlumat yayıb.
“Zadəganlar” 20 yaşlı futbolçunun keçidi üzərində artıq bu ay işləməyə başlayıb və hətta oyunçunun şəxsi müqavilə şərtlərini də razılaşdırıb. Lakin “Renn” Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə apardığı üçün yanvar ayında transferə qapını bağlayıb.
Bununla belə, Fransa klubu yayda Jakeni satmağı planlaşdırır. Fransanın gənclər millisinin üzvü olan futbolçu ilə “Liverpul” və “Bavariya” da uzun müddətdir maraqlanır və hər iki klubun yay transfer pəncərəsində konkret addımlar atacağı gözlənilir.
Aut.az
