Virtsi “Liverpul”da heyrətləndirən futbolçu: Nə Salahdır, nə da van Deyk
Florian Virts “Liverpul”da indiyə qədər yalnız bir məhsuldar ötürmə edib və Arne Slotun komandasında yer almaq üçün böyük rəqabət var.
Aut.az xəbər verir ki, jurnalistlərlə söhbətində Florian transferindən və klubdakı ab-havadan ətraflı danışıb.
Suallardan biri də yeni komanda yoldaşlarından hansının onu daha çox təsirləndirdiyi olub.
Salah, van Deyk və digər ulduz futbolçularla paltardəyişmə otağını paylaşsa da, Virtsin cavabı gözlənilməz olub:
“Hazırda çox yaxşı oynayan Rayan Qravenberxdir. O, hazırda həqiqətən də fərqlənir”.
Aut.az
