Dünya futbolu

15-də dəfə superkuboku qazandılar

PSV Niderlandiya Superkuboku uğrunda keçirilən oyunda “Qo Ehed İqls” üzərində 2:1 hesablı qələbə qazanıb.

Aut.az xəbər verir ki, Eyndhoven klubunun heyətində Serjinyo Dest fərqlənib, digər qolu isə rəqib müdafiəçi Gerrit Nauber avtoqolla öz qapısına vurub. Deventer təmsilçisinin yeganə qoluna Mathis Suray imza atıb.

Bu qələbə sayəsində PSV Niderlandiya Superkubokunu rekord sayda, 15-ci dəfə qazanıb. Bu göstəricidə “Ayaks” (9 titul) ikinci, “Feyenoord” (5 titul) isə üçüncü yerdə qərarlaşıb.

Aut.az