Dünya futbolu

İlin ən yaxşı yarımmüdafiəçisi: Son 5 namizəd bəllidir

2025-ci il üçün “Globe Soccer Awards”ın “Dünyanın ən yaxşı yarımmüdafiəçisi” mükafatına son 5 namizədin adları açıqlanıb.

Aut.az xəbər verir ki, bu barədə “Globe Soccer Awards” sosial mediada məlumat yayıb.

Mükafata namizədlər bunlardır: Cud Bellinqem (Real Madrid), Joao Neves (PSJ), Kol Palmer (Çelsi, Pedri (Barselona), Vitinya (PSJ).

“Globe Soccer Awards” il ərzində futbolda ən böyük nailiyyətlərə görə verilən illik mükafatdır. Müxtəlif kateqoriyalar üzrə qaliblər səsvermə yolu ilə seçilir. Mükafatlandırma mərasimi 28 dekabrda BƏƏ-nin Dubay şəhərində keçiriləcək.

Aut.az