Qalmaqaldan sonra məşqə gəldi, həkimlər evə göndərdilər
PSJ-nin vingeri Usman Dembele parislilərin bu cümə axşamı məşqini buraxıb.
Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, 27 yaşlı fransız dünən səhər saatlarında PSJ-nin məşq bazasına gəlsə də, klub həkimləri futbolçuda boğaz infeksiyası aşkar edərək onu evə göndəriblər.
Xatırladaq ki, Dembele Çempionlar Liqasının ümumi mərhələsinin 2-ci turunun “Arsenal”la oyununda (0:2) heyətindən kənarlaşdırılıb. Parislilərin baş məşqçisi Luis Enrike fransalının komandaya qarşı xəta törətdiyi üçün qovulduğunu təsdiqləyib.
Mətbuatda yayılan xəbərlərə görə, Enrikenin Dembeleni komandadan uzaqlaşdırmaq qərarına gəlməsinə səbəb futbolçunun məşqlərdən birinə gecikməsi və bunun səbəbini açıqlamaması olub.
Aut.az
