Sərxoş halda sürdü – Bahalı avtomobili müsadirə edildi
“Ayaks”da icarə əsasında çıxış edən “Yuventus”un 30 yaşlı italiyalı müdafiəçisi Daniele Ruqani sərxoş maşın sürdüyü üçün 6 ay şərti cəza alıb.
Aut.az xəbər verir ki, hadisə 2023-cü il iyulun 21-də Turində baş verib. Futbolçu sərxoş halda avtomobilin idarəetməsini itirərək yoldan çıxıb.
Daha sonra polis sürücünün qanında 1,56 ppm spirt olduğunu müəyyən edib.
Məhkəmə “Yuventus”un müdafiəçisinə 5 min avro cərimə kəsib, lakin Ruqani bundan şikayət etmək qərarına gəlib. Məhkəmə işi uzanıb və sonda futbolçuya nəinki şərti cəza verilib, hətta onun “Maserati Levante Trofeo” avtomobili də müsadirə olunub.
Aut.az
