Çempionlar Liqası: “Atletiko” “Real”ı saxlaya biləcək?
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.
Aut.az xəbər verir ki, ikinci oyun günündə daha dörd matç baş tutacaq.
Gecənin mərkəzi matçı Madriddə baş tutacaq. İspaniyanın iki nəhəngi “Atletiko” və “Real” üz-üzə gələcək. İlk görüşdə minimal fərqlə qalib gələn “qalaktikos” büdrəməməyə çalışacaq.
Bundan başqa, “Lill” evdə “Borussiya” ilə üz-üzə gələcək. “Arsenal” darmadağın etdiyi PSV-ni bu dəfə doğma meydanda qəbul edəcək. “Aston Villa” isə Belçikada məğlub etdiyi “Brügge” qarşısında üstünlüyü əldən verməməyə çalışacaq.
UEFA Çempionlar Liqası: 1/8 final, cavab oyunları
12 mart
21:45 Lill – Borussiya (Dortmund) (İlk oyun – 1:1)
00:00 Atletiko – Real (İlk oyun – 1:2)
00:00 Arsenal – PSV (İlk oyun – 7:1)
00:00 Aston Villa – Brügge (İlk oyun – 3:1)
