İspaniya

Peresdən “ölümcül zərbə”: Əfsanənin qələmini qırdı

“Real”ın ispan müdafiəçisi Lukas Vaskes böyük ehtimalla mövsümün sonunda “kral klubu”nu tərk edəcək.

Aut.az xəbər verir ki, bu barədə “El Gol Digital” məlumat yayıb.

Mənbənin sözlərinə görə, 34 yaşlı futbolçunun yeni müqaviləyə razılıq verməsinə baxmayaraq, “Los Blankos”un prezidenti Florentino Peres buna son anda mane olub. Media bunu oyunçuya “ölümcül zərbə” adlandırır.

Komandanın baş məşqçisi Karlo Ançelotti də hesab edir ki, Lukasla vidalaşmağın vaxtı çatıb.

Qeyd edək ki, Lukas Vaskes bu mövsüm klubda 35 oyuna çıxıb, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.

Aut.az