PSJ “Barselona”nın hücumçusunu hədəfə aldı
PSJ klubu “Barselona”nın hücumçusu Ferran Torres ilə maraqlanır.
Aut.az xəbər verir ki, bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Paris təmsilçisi ispan futbolçunu yayda komandadan ayrıla biləcək Bredli Barkola üçün alternativ variant kimi nəzərdən keçirir.
Klubun baş məşqçisi Luis Enrike futbolçunun imkanlarını yaxşı tanıyır. Çünki o, daha əvvəl Torreslə İspaniya millisində birlikdə çalışıb.
Torres ötən mövsüm 49 oyunda 21 qol vurub və 3 məhsuldar ötürmə verib. Hücumçunun Kataloniya klubu ilə müqaviləsi 2027-ci ilin ortalarınadək qüvvədədir. “Transfermarkt” portalı onun bazar dəyərini 50 milyon avro qiymətləndirir.
Aut.az
