İspaniya

Fiqudan onun fitə basılmasına reaksiya: Özünü xüsusi…

“Real”ın sabiq yarımmüdafiəçisi Luiş Fiqu La Liqanın 32-ci turunda “Atletik”lə oyunda (1:0) klubun azarkeşlərinin Kilian Mbappeni fitə basmasına münasibət bildirib.

Aut.az xəbər verir ki, Fiqunun sözlərini “Diario Sport” sitat gətirib.

“Mbappenin özünü xüsusi hiss etməsinə ehtiyac yoxdur. Biz hamımız “Bernabeu”da fitə basılmışıq. “Real”da ilk mövsümlər heç vaxt asan olmur”, – Fiqu deyib.

26 yaşlı fransalı futbolçu diskvalifikasiyaya görə oyunu buraxıb və tribunadan izləyib. 20-ci dəqiqədə stadionun böyük ekranında forvard göstərilib, bundan sonra azarkeşlər onu fitə basıblar.

Mbappe debüt mövsümündə “Real”ın heyətində 50 oyun keçirib, 33 qol vurub və 5 məhsuldar ötürmə edib.

Aut.az