“Fənərbağça” Mourinyo ilə bağlı qərar verdi
“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo klubu ilə müqaviləsini uzada bilər.
Aut.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.
Türkiyə klubunun rəhbərliyi 62 yaşlı portuqaliyalının rəhbərliyi altında komandanın qazandığı nəticələrdən razıdır. Məşqçiyə yaxın vaxtlarda yeni müqavilə təklif olunacaq. Mourinyonun hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatır.
Mourinyo 2024-cü ilin iyulunda “Fənərbağça”nın baş məşqçisi vəzifəsinə keçib. Onun rəhbərliyi altında komanda 42 oyun keçirib, 27 qələbə qazanıb, 10 dəfə heç-heçə edib, 5 görüşdə məğlub olub.
25 turdan sonra İstanbul klubu Türkiyə çempionatında 61 xalla ikinci pillədə qərarlaşıb.
Aut.az
