Ruslardan “Qalatasaray”a cəlbedici təklif
“Qalatasaray” və İtaliya millisinin yarımmüdafiəçisi Nikolo Zanioloya Rusiyadan təklif var.
Aut.az xəbər verir ki, Türkiyə klubuna transfer üçün 35 milyon avro, futbolçuya isə ildə 8 milyon maaş təklif olunur.
İstanbul təmsilçisinin variantdan razı qaldığı, lakin yarımmüdafiəçinin özünün razılaçacağı ehtimalının az olduğu qeyd edilir.
Türkiyə mətbuatı klubun adını açıqlamasa da, Rusiya KİV-i bunun “Zenit” olduğunu iddia edir.
Qeyd edək ki, bu ilin yanvarında “Roma”dan transfer edilən futbolçunun müqaviləsindəki sərbəstqalma məbləği 30 milyon avrodur.

