Boş müqaviləyə qol çəkdi – FOTOFAKT
“Trabzonspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Aut.az xəbər verir ki, “qaradənizlilər”in “sükanı” Abdullah Avcıya tapşırılıb. 60 yaşlı mütəxəssis sabiq klubuna jest edib. O, Trabzon təmsilçisinin rəhbərliyinin qarşısına heç bir tələb qoymayıb və boş müqaviləyə imza atıb. Bu, klubun yaydığı rəsmi məlumatda qeyd olunub.
Qeyd edək ki, Avcı daha əvvəl də “Trabzonspor”da çalışıb. 2020-ci ilin noyabrından 2023-cilin martına kimi komandaya rəhbərlik edib. Onun dönəmində “qaradənizlilər” 37 illik fasilədən sonra çempion olmaqla yanaşı, 2 dəfə superkubokun qalibi olub.
.jpg)
