Enrike ona açıq şəkildə deyib ki…
PSJ-nin sabiq yarımmüdafiəçisi, hazırda Qətərin “Əl-Ərəbi” klubunda çıxış edən Marko Verratti parislilərin baş məşqçisi Luis Enrike ilə münasibətindən danışıb.
Aut.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində (keçmiş Twitter) jurnalist Fabritsio Romano məlumat verib.
“Luis Enrike ilə danışdım və o, mənə dedi ki, onun planlarının bir hissəsi deyiləm. O, əla məşqçidir, onun qərarına və açıqlığına hörmət edirəm.
Mənə komandanı tamamilə dəyişmək istədiyini söylədi. 11 il PSJ-də oynadım və o, yeni bir şey istədi. Mənim üçün heç bir şey təsadüfən baş vermir”.
Xaırladaq ki, 30 yaşlı futbolçu 2012-ci ildən PSJ-də çıxış edirdi. Ötən mövsüm Verratti PSJ-nin heyətində bütün turnirlərdə 38 oyuna çıxıb, 1 məhsuldar ötürmə edib. “Transfermarkt” internet portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 40 milyon avrodur.
Aut.az
