Muslera 39 yaşında da möcüzə edir
“Qalatasaray”ın və Uruqvay yığmasının əfsanəsi Fernando Muslera son iki ildə Argentinanın “Estudiantes” komandasında oynayır.
Aut.az xəbər verir ki, 39 yaşına baxmayaraq, o, hələ də qapıda möcüzələr yaradır.
Libertadores Kubokunda “Estudiantes” Braziliyanın “Flamenqo” komandası ilə qarşılaşıb və 1-1 hesablı heç-heçə edib. Musleranın möcüzələri olmasaydı, hesab braziliyalıların xeyrinə ola bilərdi.
Əvvəlcə Fernando təkbətək hücumun qarşısını alıb. Amma qayıdan top yenə də rəqibə düşüb, Muslera bu zərbənin də qarşısını alıb. Bunun ardınca Argentina klubu əks-hücum həyata keçirərək hesabı bərabərləşdirib.
Aut.az



