Türkiyə

“Fənərbağça” onu da qovur

“Fənərbağça”nın baş məşqçisi Domeniko Tedesko istefaya göndərilmə ərəfəsindədir.

Aut.az xəbər verir ki, “Fotomac”ın məlumatına görə, klub rəhbərliyi bir sıra uğursuz nəticələrdən sonra ona ultimatum qoyub: üç matç ərzində vəziyyəti dəyişmək.

Bu sərt tədbirlərə Avropa Liqasında Zaqreb “Dinamo”suna 1:3 hesablı məğlubiyyət səbəb olub. Tedeskonun rəhbərliyi altında komanda dörd oyunda cəmi bir dəfə qalib gəlib. Məşqçi postunu qorumaq üçün qarşıdakı “Antalyaspor”, “Samsunspor” və “Nitsa” ilə görüşlərdə qələbə qazanmalıdır.

Tedesko sentyabrın 9-da Joze Mourinyonun istefaya göndərilməsindən sonra “Fənərbağça”nın baş məşqçisi vəzifəsinə keçib.

Aut.az