MDB Oyunları: Azərbaycan millisi finalda
Azərbaycanın qızlardan ibarət stolüstü tennis seçməsi III MDB Oyunlarında mübarizəyə uğurla start verib.
Aut.az xəbər verir ki, komanda yarışlarında inamlı oyun göstərən Mərziyyə Nurmətova – Aylin Əsgərova – Yağmur Məmmədli triosu yarımfinalda Belarus kollektivinə 2:1 hesabı ilə qalig gələrək, həlledici mərhələyə yüksəlib.
Sabah Qəbələ Olimpiya İdman Kompleksində keçiriləcək final görüşündə komandamızın rəqibi yarımfinalda Özbəkistan secməsini üstələyən Rusiya kollektivi olacaq.
Stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.
