İnsult keçirən sabiq futbolçunun durumu açıqlandı
Daha çox Kani kimi tanınan keçmiş ispaniyalı futbolçu Ruben Qrasia iki həftə əvvəl keçirdiyi insultdan sonra bərpasını davam etdirir.
Aut.az xəbər verir ki, 44 yaşlı Kani hazırda Sarqosadakı xəstəxanalardan birində ümumi palatada müalicə alır, o, reanimasiya şöbəsindən ora köçürülüb.
“Marca” nəşrinin məlumatına görə, futbolçunun vəziyyəti yaxşılaşır və həkimlər onun sağlamlığında ciddi fəsadlar gözləmirlər.
Peşəkar karyerası ərzində Kani “Real Sarqosa”, “Vilyarreal” (2006–2015), “Atletiko”(2015) və “Deportivo”da (2015–2016) çıxış edib. O, 2004-cü ildə Sarqosa klubu ilə birlikdə İspaniya Kubokunu qazanıb.
Aut.az
