Flik futbolçular bu oyunu birlikdə izləməyi qadağan edib: Səbəb bəllidir
“Barselona” Çempionlar Liqasında Madrid derbisini komanda şəklində izləməyib.
Aut.az xəbər verir ki, AS nəşrinin məlumatına görə, “Estádio da Luz” stadionunda axşam məşqindən sonra “blauqrana”nın baş məşqçisi Hans-Diter Flik bütün komandanı otelin yeməkxanasında şam yeməyinə toplayıb və “Real Madrid” – “Atletiko” oyununu birlikdə izləmək imkanını istisna edib.
Alman mütəxəssis bu görüşü izləmək istəyən hər kəsə icazə verib, ancaq öz otaqlarında.
Qeyd olunur ki, Flik Xavidən fərqli olaraq rəqiblərin matçlarını birlikdə izləmək kimi təşəbbüsləri dəstəkləmir. İspan belə fəaliyyətlərin komandanın birliyini gücləndirdiyinə inanırdı, lakin “Barselona”nın hazırkı baş məşqçisi əmindir ki, oyunçular nə etməli olduqlarını və onlardan nə tələb olunduğunu biləcək qədər peşəkardırlar.
Dünən “Real Madrid” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Atletiko”ya qalib gəlib – 2:1. Bu gün “Barselona” turnirin eyni mərhələsində “Benfika” ilə qarşılaşacaq.
Aut.az
