Basketbol

“Gəncə” heyətini amerikalı basketbolçu ilə gücləndirib

“Gəncə” heyətini amerikalı basketbolçu ilə gücləndirib.

Aut.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ABŞ-dan olan Malek Deyvis mövsümün sonuna kimi “Gəncə”də oynayacaq.

178 sm boya malik 25 yaşlı hücumçunun son klubu Litvada “Alytus” olub.

Malek “Gəncə”də 2 nömrəli formanı geyinəcək.