Tarixi rekordu qırmağa cəmi 10 qol qaldı
Milli Xokkey Liqasının adi mövsümündə “Tampa Bay Lightning” ilə qarşılaşmada (1:3) fərqlənən “Vaşinqton”un kapitanı Aleksandr Oveçkin cari mövsümdə 31-ci qolunu vurub.
Bu qol sayəsində Oveçkin təqibçilərini daha da qabaqlayıb və bu mövsüm klubun bombardiri kimi liderliyini möhkəmləndirib.
İkinci yerdə qərarlaşan Tom Vilsonun aktivində 26 qol var. Üçüncü yerdə 23 qolla Aleksey Protas qərarlaşıb.
Ümumilikdə, 39 yaşlı Aleksandr NHL karyerasında 884 qol vurub. Ueyn Qretskinin tarixi rekordunu qırmağa 10 qol qalıb.
Aut.az
