Hakim Oveçkinə belə badalaq vurdu – VİDEO
Mayın 11-nə keçən gecə “Karolina” ilə “Vaşinqton” arasında NHL pley-off mərhələsinin ikinci mərhələsinin 3-cü oyunu keçirilib.
Aut.az xəbər verir ki, görüş “qasırğalılar”ın 4:0 hesablı qələbəsi ilə başa çatıb.
“Vaşinqton”un kapitanı Aleksandr Oveçkin bu oyunda xeyli zərbə alıb. Əvvəlcə hakim badalaq verərək onu yıxıb. Bundan sonra o, sərt şəkildə lövhələrə çırpıllb, müdafiəçi Brent Börns isə onun üzərinə “oturub”.
Daha sonra ikili mübarizə zamanı rusiyalı üzündən də zərbə alıb.
Aut.az
