Hokkey

Rusiyalı xokkeyçi ABŞ-da məhkəmə qarşısına çıxarılır: Bu cəza gözləyir

“Vaşinqton”un rusiyalı müdafiəçisi Aleksandr Alekseyev iyunun 11-də məhkəmə qarşısına çıxacaq.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Semmi Zilber “X” sosial şəbəkəsində bildirib.

Alekseyev ötən həftə sərxoş halda dava etdiyi üçün Virciniya ştatının Arlinqton şəhərində polis tərəfindən həbs edilib. Həbs zamanı polis bibər qazına əl atmalı olub. İdmançı həbsxanaya aparılsa da, sonradan sərbəst buraxılıb.

25 yaşlı Alekseyev sərxoş vəziyyətdə ictimai yerdə görünməkdə ittiham olunur.

Zilber yazıb: “Bu, 4-cü dərəcəli cinayətdir, ən az ağır cinayət kateqoriyasıdır. O, həbs cəzası ilə üzləşmir, yalnız 250 dollara qədər cərimə gözləyir”.

2024/25 mövsümündə Alekseev NHL-in müntəzəm mövsümündə 8, Stenli Kubokunda isə 10 oyun keçirib.

Aut.az