Hokkey

Oveçkin ağır zədələnib: “Vaşinqton” müraciət yaydı

 “Vaşinqton” klubu İnstaqram səhifəsində komandanın kapitanı Aleksandr Oveçkinə müraciət edib.

Aut.az xəbər verir ki, Oveçkin  zədə səbəbindən rekord müddətə kənarda qalacaq.

Paytaxt klubunun mətbuat xidməti 39 yaşlı futbolçunun şəklini dərc edib və “Tezliklə sağal” yazıb.

NHL noyabrın 22-də Oveçkinin zədəsinin təfərrüatlarını açıqlayıb. Rus futbolçunun sol ayağının fibulasını sındırdığı və 4-6 həftə müddətinə sıradan çıxdığı dəqiqləşdirilib. Bu, orvard üçün 20 mövsümdə rekord göstəricidir.

Oveçkin noyabrın 19-da “Yuta” ilə oyunda zədələnib. Kanadalı Cek Makbeynlə toqquşma zamanı rusiyalı ayağından xəsarət alıb.

Aut.az