Qvardiola bizə dedi ki, onu gözüyumulu götürün – Prezident
“Bavariya”nın prezidenti Uli Hönes komandanın baş məşqçisi Vinsent Kompani ilə bağlı fikirlərini bildirib.
Aut.az xəbər verir ki, Hönes “Siti”nin baş məşqçisi Qvardiolanın onlara verdiyi tövsiyə haqda da danışıb.
“Əvvəlki ilə müqayisədə gecə və gündüz kimi bir fərq var. O, açıqdır və oyunçuları ilə maraqlanır. Amma əvvəllər bunu görmürdük. Ona görə də Pep Qvardiolaya zəng edib ondan məsləhət istədik.
Sadəcə bizə dedi ki, onu gözüyumulu götürə bilərik, bacaracaq”, – “Bayern&Germany”, – Hönesdən sitat gətirib.
Xatırladaq ki, Kompani 2024-cü ilin mayında “Bavariya”nın baş məşqçisi olub. Münhen klubu ilə müqavilə 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Aut.az
