Əfsanə 93 yaşında vəfat etdi
Üçqat Stenli Kuboku sahibi, “Detroyt Red Uinqs” klubunun əfsanəvi hücumçusu Aleks Delvekyo vəfat edib.
Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
93 yaşında dünyasını dəyişən Delvekyo 1952, 1954 və 1955-ci illərdə “Detroyt”un heyətində NHL çempionu olub. Klubun rəsmi açıqlamasında onun komanda, şəhər və ümumiyyətlə xokkey üçün etdiyi töhfələrin heç vaxt unudulmayacağı bildirilib.
“Aleks Delvekyo əsl “Detroyt” oyunçusunun nə demək olduğunu təcəssüm etdirirdi. Sədaqət, təvazökarlıq və buz üzərindəki mükəmməllik. O, 20 ildən artıq peşəkar karyerası ərzində, bunun 12 ilini kapitan kimi keçirərək, NHL tarixinin ən yaxşı iki istiqamətli hücumçularından biri kimi şöhrət qazandı. Karyerasını başa vurduqdan sonra da o, klubumuzu ləyaqətlə təmsil etdi. Həm rəhbər, həm də elçi kimi. Onun mirası klub tariximizin ayrılmaz hissəsi olaraq qalacaq”.
Xatırladaq ki, Aleks Delvekyo bütün karyerasını “Detroyt Red Uinqs”də keçirib və bu klubun simvollarından birinə çevrilib. Klub rəhbərliyi, o cümlədən baş direktor Kris İliç, ailəsinə və onun xatirəsini əziz tutan hər kəsə başsağlığı verib.
Aut.az
