İngiltərə

“Nyukasl” onunla maraqlanır: Amma məvacibindən qorxur

“Nyukasl” “Mançester Siti”nin 29 yaşlı cinah oyunçusu Cek Qrilişlə maraqlanır və gələn yay onu transfer etməyi düşünür.

Aut.az xəbər verir ki, bu barədə “Chronicle Live” məlumat yayıb.

Mənbənin sözlərinə görə, “sasağanlar”ın ingilis futbolçu ilə maraqlanmasına baxmayaraq, onlar Qrilişin “Mançester Siti”də həftəlik 300 min funt sterlinq maaşından ehtiyatlanırlar.

29 yaşlı hücumçunun “Nyukasl”a keçmək üçün maaşında endirim etməli olacağı vurğulanır.

Bu mövsüm futbolçu bütün turnirlərdə 24 matçda iki qol vurub və beş məhsuldar ötürmə edib. Futbolçunun əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, forvardın bazar dəyəri 45 milyon avrodur.

Aut.az