Haaland “Real”la oyuna onun qorxusundan çıxmayıb? – Qvardioladan reaksiya
“Liverpul”un sabiq müdafiəçisi Ceymi Karraqerin Erlinq Haalandın Çempionlar Liqasının pley-off mərhələsində “Real”la oyunda (1:3) Antonio Rüdigerə qarşı oynamaq istəmədiyi üçün meydana çıxmadığını iddia etməsi ilə bağlı məlumat vermişdik.
Aut.az xəbər verir ki, “Siti”nin baş məşqçisi Qvardiola bu iddiaya münasibət bildirib.
“Aman Allah, o belə deyib? Ceymi Karrager belə deyib?
Onun niyə belə qəribə danışdığını bilmirəm. Deyib ki, Haaland qorxusundan meydana çıxmayıb? Bu doğru deyil. Haaland oynamağa hazır idi, lakin dizində problem var idi, ona görə də meydançaya çıxa bilmədi”, – Qvardiola deyib.
Aut.az
