Dünya futbolunun simvolik komandası – Kafu braziliyalıları yığdı
“Milan”ın əfsanəvi müdafiəçisi Markos Kafu futbol tarixinin ən yaxşı futbolçularından ibarət simvolik komanda yaradıb.
Aut.az xəbər verir ki, Kafu keçmiş braziliyalı qapıçı Klaudio Taffareli tarixin ən yaxşı qapıçısı hesab edir. O, müdafiədə Karlos Alberto, Aldair, Lusio və Roberto Karlosa yer verib.
Markos simvolik komandasında braziliyalılar Falkao və Rivaldonu yarımmüdafiəyə, Ziko, Roberto Rivelino, Pele və Ronaldonu isə hücuma yerləşdirib.
Aut.az
