Çempionlar Liqası

Çempionlar Liqası: “Real” “Siti”yə qarşı

UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün daha 4 oyun baş tutacaq.

Aut.az xəbər verir ki, günün maraqlı qarşılaşmalarından biri İspaniyada keçiriləcək. “Real” səfərdə qalib gəldiyi “Mançester Siti”ni qəbul edəcək.

“Borussiya” doğma meydanda “Sportinq”i, PSJ isə Liqa 1-in digər təmsilçisi “Brest”i qəbul edəcək. “Yuventus” səfərdə PSV-nin qonağı olacaq.

Qeyd edək ki, ötən gün baş tutan qarşılaşmalardan sonra “Bayern”, “Feyenoord”, “Brügge” və “Benfika” mərhələ adlayıb.

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi fevralın 21-də keçiriləcək.

UEFA Çempionlar Liqası: Pley-off mərhələsi, cavab oyunları
19 fevral
21:45 Borussiya (Dortmund) – Sportinq (İlk oyun – 3:0)
00:00 PSJ – Brest (İlk oyun – 3:0)
00:00 Real – Mançester Siti (İlk oyun – 3:2)
00:00 PSV – Yuventus (İlk oyun – 1:2)