İspaniya

Bellinqemə “qırmızı” göstərən hakimlə bağlı şok faktlar ortaya çıxdı

Qalmaqallı “Osasuna” – “Real Madrid” matçını (1:1) idarə edən ispaniyalı referi Luis Montero müvəqqəti olaraq işindən uzaqlaşdırılıb.

Aut.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Monteronun La Liqa, UEFA, İspaniya Kral Futbol Federasiyası (RFEF) və “Mançester Siti”, “Aston Villa”, PSJ kimi klublara konsaltinq xidməti göstərən “Talentus Sport” şirkətində payının olduğu müəyyən edilib ki, bu da etik qaydalara uyğun gəlmir.

Qeyd olunur ki, RFEF hakimlə bağlı araşdırmalara başlayıb. İşin hüquq şöbəsinə təhvil verilməsi ilə bağlı məlumat məlum olduqdan sonra Montero yuxarıda adı çəkilən şirkətlə bağlı bütün izləri silib. O, şirkətin izlənənlər siyahısında olduğu sosial media profilini də bağlayıb.

Xatırladaq ki, həmin oyunda hakim “Real”ın yarımmüdafiəçisi Cud Bellinqemi təhqiramiz ifadə işlətdiyinə görə meydandan qovmuşdu. Daha sonra futbolçu kobud sözlər işlətdiyini, lakin hakimi təhqir etmədiyini bildirdi.