Tarixdə ilk: Dünyanın ən böyük mərc kontoru ÇL-in sponsoru olur
Britaniyanın “Bet365” bukmeker şirkəti Çempionlar Liqasının ilk mərc tərəfdaşı ola bilər.
Aut.az xəbər verir ki, “Bet365” Çempionlar Liqası ilə üç illik müqavilə imzalamaq üçün favoritdir. Mümkün razılaşmanın təfərrüatları açıqlanmayıb.
Maraqlıdır ki, əsas Avropa klub kuboku üçün ən böyük reklam müqaviləsi “Heineken” pivə brendi ilə bağlanıb – hər mövsüm üçün 65 milyon dollar.
Növbəti mövsümdən Çempionlar Liqasının formatı dəyişəcək, ona görə də turnir tarixində ilk bukmeker kontoru ilə müqavilə imzalamaq məntiqli görünür.
“Bet365” trafik və gəlir baxımından dünyanın ən böyük bukmeker kontorudur. “Bet365”-in CEO-su Denise Koates müntəzəm olaraq Britaniyanın ən zəngin qadınlarının siyahısında görünür.
Aut.az
