“Qarabağ” Çempionlar Liqasının növbəti mərhələsində!
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşləri davam edir.
Aut.az xəbər verir ki, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Qarabağ” bu gün növbəti sınağına çıxıb.
Qurban Qurbanovun baş məşqçisi olduğu “köhlən atlar” İrlandiyanın “Şelburn” komandasını məğlub edib.
Bir həftə öncə səfərdə 3:0-lıq qələbə qazanaraq cütün taleyini böyük ölçüdə həll edən Ağdam təmsilçisi evdə rəqibinə minimal hesabla qalib gəlib..
Qeyd edək ki, “Qarabağ” növbəti mərhələdə FKSB (Rumıniya) – “Şkendiya” (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunu
30 iyul
20:00. Qarabağ (Azərbaycan) – Şelburn (İrlandiya) 1:0
Qol: Ceyms Norris, 44 (avtoqol).
İlk oyun – 3:0
Baş hakim: Andre Kolombo (İtaliya)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu
