Azərbaycan futbolu

Benzia Fransadan təklif aldığını təsdiqlədi

“Qarabağ”ın futbolçusu Yasin Benzianın Fransa klublarından təklif aldığı barədə məlumat vermişdik.

Aut.az xəbər verir ki, əlcəzairli futbolçu informasiyanı təsdiqləyib. O, “Liqa 2 klublarından təkliflər almışam. Amma özümü orada görmürəm”, – deyə “RMC Sport”a açıqlamasında bildirib.

Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi ötən ilin yanvar ayında “Qarabağ”la müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalayıb.