İngiltərə

“Siti”nin transfer planı: Bu 3 futbolçu hədəfə götürüldü

“Mançester Siti” bu yay üç transfer etməyi planlaşdırır.

Aut.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.

Mənbənin məlumatına görə, “şəhərlilər”in diqqətini Səudiyyə Ərəbistanı çempionatına transferi istisna olunmayan Edersonun əvəzləyicisi kimi görünən “Espanyol”un ispaniyalı qapıçısı Joan Qarsiya cəlb edib. Bundan əlavə, əla mövsüm keçirən “Real Madrid”in braziliyalı cinah oyunçusu Rodriqo Qoyas və “Vilyarreal”ın ispaniyalı yarımmüdafiəçisi Alexandro Baena da  “Siti”nin hədəfindədir.

Rəhbərlik bu futbolçuların klomandaya tez uyğunlaşacağına əmindir.

Daha əvvəl bildirilirdi ki, “Siti” “Real”ın ulduzuna görə 150 milyon avro ödəməyə hazırdır.

Aut.az