“Liverpul” Salahsız daha çox qorxuludur
“Liverpul” İngiltərə Premyer Liqasının 21-ci tur matçında “Bornmut”u səfərdə (4:0) məğlub edib.
Aut.az xəbər verir ki, mersisaydlılar hazırda Afrika Millətlər Kubokunda Misir millisinin heyətində çıxış edən lideri Məhəmməd Salahsız oynayıb. “B/R Football”un məlumatına görə, “Liverpul” Premyer Liqada heç vaxt Salahsız heyətdə uduzmayıb.
11 belə qarşılaşma olub. Yurgen Kloppun rəhbərlik etdiyi komanda həmin görüşlərdən 8-də qələbə qazanıb, 3-də isə heç-heçə edib.
