Əməliyyat olundu, 3 ay olmayacaq
“Mançester Yunayted”in yeni transferi Leni Yoro ayağından əməliyyat olunub.
Aut.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Yoronun sağalması üçün təxminən 3 aya yaxın vaxt lazım olduğu qeyd edilir.
18 yaşlı müdafiəçi ABŞ-da təlim-məşq toplanışında “Arsenal”la yoldaşlıq oyununda (1:2) zədələnib.
Xatırladaq ki, fransalı futbolçu bu yay 62 milyon avroya “Lill”dən “Mançester Yunayted”ə keçib.
Aut.az
