FA qərar verdi, onlar İngiltərə millisinin baş məşqçi postuna namizəd oldu
İngiltərə Futbol Assosiasiyası (FA) İngiltərə millisinin baş məşqçisi postuna əcnəbi mütəxəssisin mümkün təyinatını təsdiqləyib.
Aut.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
FA-nın baş icraçı direktoru Mark Ballinqemin istefa verən Qaret Sautqeyti əvəz edə biləcək əcnəbi məşqçilərə təklif vermək üçün idarə heyətinin qalan üzvlərindən dəstək aldığı deyilir.
Belə ki, İngiltərədə iş təcrübəsi olan və hazırda azad agent olan Maurisio Poçetino və Tomas Tuxel İngiltərə millisinin baş məşqçi postuna əsas namizəd olublar. “Nyukasl”ın hazırkı baş məşqçisi Eddi Hau ilə yanaşı “Çelsi” və “Brayton” kimi komandalara rəhbərlik etmiş Qrem Potter də iddialılar arasındadır.
Gözlənilir ki, FA yeni baş məşqçinin təyin edilməsi üzərində işləyərkən, milli komandaya İngiltərə gənclər komandasının lideri Li Karsli rəhbərlik edəcək.
Aut.az
