Bu göstəricidə Premyer Liqanın ən yaxşısı odur
“Arsenal”ın qapıçısı David Raya xilas edilən zərbələrə görə bu mövsüm İngiltərə Premyer Liqasının ən yaxşı qapıçısıdır.
Aut.az xəbər verir ki, bu barədə “WhoScored” statistik portalı məlumat yayıb.
29 yaşlı ispaniyalı qolkiper “topçular”ın qapısına vurduğu 95 zərbədən 74,7% faizni (71) dəf edib. Eyni zamanda, “quru” matçların sayına görə, David Raya 11 matçla reytinqdə ikinci pilləni tutur.
Bu göstəricidə lider “Nottingem Forest”in 33 yaşlı belçikalı qapıçısı Mats Selsdir – 12 matç.
Bu mövsüm David Raya bütün turnirlərdə 42 matçda iştirak edib. O, 16 oyunda qapısını təmiz saxlayıb.
Aut.az
