Dərd üstündən dərd gəlir: Çarpaz bağları qırıldı, mövsüm bitdi
“Mançester Yunayted”in müdafiəçisi Lisandro Martines İngiltərə Premyer Liqasının 24-cü turunda “Kristal Pelas”la oyunda (0:1) çarpaz bağlarını qırıb.
Aut.az xəbər verir ki, bu barədə “TyC Sports” məlumat yayıb. Məlumata görə, Lisandro Martines çarpaz bağın yırtılması səbəbindən bu mövsüm daha meydana çıxa bilməyəcək.
Bu zədə Martinesin “Mançester Yunayted”də işlədiyi müddətdə 5-ci zədəsi olub. Zədələrə görə futbolçu 2022/23 mövsümündən başlayaraq artıq 270 günü buraxıb.
Aut.az
